Son Baxılanlar

Məhəbbət üç il yaşayır

Məhəbbət üç il yaşayır

Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronyedir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər və nəhayət bir-birinə darıxdırıcı olurlar.  

Daha ətraflı


4.00 man

Frederik Beqbeder

14 eyni kateqoriyada digər məhsulalr:

Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronyedir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər; və nəhayət bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır ki, görünür Mark heç zaman üç ildən artıq sevməmişdir.

O, çox gözəl bir qız olan Anna ilə evlənir, lakin birgə həyatlarının üçüncü ilində Anna az qala ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına – Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə yaşadığına görə Markla gizlində görüşür.

O isə, öz növ­bəsində, tamamilə əmindir ki, məhəbbət üç ildən sonra bitəcək və ayrı­lacaqlar. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki birlikdədirlər və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbət əvvəlki kimi yaşayır. 

Seçilmiş  hissələr

Anna ilə ona görə evləndim ki, o mələk idi. Məhz o səbəbə görə də boşandıq. Düşünürdüm ki, məhəbbət axtarıram. Gözəl günlərin birində başa düşdüm ki, bunun tam əksini — ondan uzaq durmağı istəyirəm.

Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.  

  • Nəşr Evi: Qanun Nəşriyyatı
  • Nəşr ili: 2011
  • Səhifə: 156

Hal-hazırda heç bir şərh yoxdur.

Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 man
Yekun 0.00 man

Səbət Yekunlaşdır