Son Baxılanlar

RSS feed

No RSS feed added

Ölümü özün seç

Ölümü özün seç

Çingiz Abdullayevin maraqla oxunan əsərlərindən biri də "Ölümü özün seç" əsəridir.Əsər Azərbaycan dilinə yenicə çap olunub. Əsər maraqlı obrazlarla, süjet xətti ilə, məxfi informasiyalarla zəngindir. 

Daha ətraflı


3.90 Man

Çingiz Abdullayev

Yadda saxla

30 ədəd oxşar kitablar:

Onlar cəmi yeddi nəfərdir – peşəkar qatillər! On illər boyu dünyanı lərzəyə salmış sovet təhlükəsizlik xidmətinin sifarişlərini icra ediblər. Böyük və sarsılmaz SSRİ adından öldürüblər.

Öz yaxın adamlarına qarşı bəzən “humanist” olurlar: ölməlisən, amma necə öləcəyini özün seç. Lap qədim Roma imperatorları kimi.  İndi o sarsılmaz dövlət yoxdur, onun xarabalıqları üzərində “siyasətlə mafiyanın qardaşlığı” ideolojisinə söykənən vəhşi kapitalizm və hərc-mərclik cəmiyyəti qurulub.

Belə cəmiyyətlərdə isə peşəkar qatillərə diktatura rejimlərində olduğundan daha çox ehtiyac yaranır. Və qatillər yenə iş başındadırlar. Tanınmış detektiv yazıçı Çingiz Abdullayevin maraqlı və kəskin süjet xəttinə malik “Ölümü özün seç” romanında siz onların yeni siyasi şəraitdəki fəaliyyətlərilə tanış olacaqsınız.

Yalnız detektiv Dronqo və müstəntiq Kolçinin şəxsi fədakarlığı çoxsaylı cinayətlərin açılmasına və bu cinayətlərin arxasında duran böyük güclərin ifşasına səbəb olur.

  • Nəşr Evi: Qanun Nəşriyyatı
  • Nəşr ili: 2011
  • Səhifə: 288

Hal-hazırda heç bir şərh yoxdur.

Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 Man
Yekun 0.00 Man

Səbət Sifariş ET

Axtar