Son Baxılanlar

  • Sultan körpüsü
    Sultan körpüsü

    “Sultan körpüsü” romanı yazıçı Əyyub...>>

  • Can
    Can

    “Can” povestinin ana ideyasını insan...>>

  • Döyüşçü Klubu
    Döyüşçü Klubu

    Dünya ədəbiyyatının ən çox maraqla...>>

  • Qiraetçi
    Qiraətçi

    Professor ailəsindən olan on beş yaşlı...>>

  • Mən necə Polat Alemdar oldum
    Mən necə...

    “Mən necə Polat Alemdar oldum” –...>>

  • Bakı tarixindən kollaj
    Bakı...

    “Bakı tarixindən kollaj” əsəri Bakının...>>

  • Siddhartha
    Siddhartha

    “Siddhartha” (1922) povesti Hessenin...>>

RSS feed

No RSS feed added

Cinayət və Cəza

Cinayət və Cəza

Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır....

Daha ətraflı


8.50 Man

Fyodor Dostoyevski

Yadda saxla

30 ədəd oxşar kitablar:

Customers who bought this product also bought...

“Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu roman Dostoyevskinin katorqadan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var.

Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır. O, hesab eləyir ki, var-dövlətin, pulla nələr eləmək gərəkdiyini bil¬məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində olması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. 

Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur.

O, artıq insanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Sonyaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir. “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – romanın qayə¬sini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

  • Nəşr Evi: Qanun, Əli və Nino Nəşriyyatı
  • Nəşr ili: 2011
  • Səhifə: 592

Hal-hazırda heç bir şərh yoxdur.

Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 Man
Yekun 0.00 Man

Səbət Sifariş ET

Axtar