Son Baxılanlar

RSS feed

No RSS feed added

Ölən Dünyam

Ölən Dünyam

"Ölən Dünyam" əsəri Azərbaycan  nəsrində seçilən əsərlərdəndir. İsmayıl Şıxlı bu əsər üzərində ömrünün sonlarında işləmiş, səhəti imkan vermədiyindən əsəri tamamilə bitirə bilməmişdir. Əsər maraqlı süjetlərlə zəngindir

Daha ətraflı


4.50 Man

İsmayıl Şıxlı

Yadda saxla

30 ədəd oxşar kitablar:

Müəllifdən

Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. 

Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı.

Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur", "Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.

 

Əsərdən seçilmiş hissələr 

 

Yaxşı, arvad kimi hönkürmə! Kişinin başına iş gələr, əlindən xata da çıxar, adam öldürüb zindana da düşər. 

Qönçə xanım sürüşüb çiyninə düşmüş kəlağayısını düzəltdi, beli büzməli qırçınlı donunun qırışığını sığalladı və eyvandan endi, asta addımlarla gəlib qardaşı ilə üzbəüz dayandı. 

 

  • Nəşr Evi: Qanun Nəşriyyatı
  • Nəşr ili: 2011
  • Səhifə: 208

Hal-hazırda heç bir şərh yoxdur.

Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 Man
Yekun 0.00 Man

Səbət Sifariş ET

Axtar