Son Baxılanlar

RSS feed

No RSS feed added

Yüz ilin tənhalığı

 Yüz ilin tənhalığı

Statistikaya görə son 25 ildə ən çox oxunan və satılan kitab Yüz ilin tənhalığı əsəridir. Müəllifin digər əsərləri kimi bu əsər də dünyanın bir çox dillərinə tərcümə olunub və oxucular tərəfindən maraqla oxunur. Əsəri oxuduqca diqqəti cəlb edir

Daha ətraflı


8.00 Man

Qabriel Qarsiya Markes

Yadda saxla

30 ədəd oxşar kitablar:

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir.

Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır.

Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir.

Latınamerikan nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.

  • Nəşr Evi: Qanun Nəşriyyatı
  • Nəşr ili: 2011
  • Səhifə: 468

Hal-hazırda heç bir şərh yoxdur.

Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 Man
Yekun 0.00 Man

Səbət Sifariş ET

Axtar