Son Baxılanlar

Çatdırılma Qaydaları

Oxucuların rahatlığı üçün saytımızda çatdırılma və sifarişvermə qaydalarını qeyd edirik. Biz – Bakumoz Onlayn Kitab Satış Mərkəzi olaraq sifariş verilən kitabları heç bir xidmət haqqı olmadan  ünvana çatdırırıq. Belə ki, metro çıxışlarına və şəhərin mərkəzi yerlərinə çatdırılma tam pulsuzdur. Lakin digər uzaq məkanlara və Bakının kəndlərinə kitab çatdırılarkən məkandan asılı olaraq müəyyən məbləğ tutulacaq.

Siz kitabı sifariş verdikdən sonra dərhal sizinlə əlaqə saxlanılacaq və kitabı 2-3 gün ərzində maksimum 1 həftə ərzində kitab müvafiq ünvana çatdırılacaq.Oxucularımızdan xahişimiz budur ki qeydiyyat olunarkən telefon nömrəsini və E-poçt ünvanını dəqiq yazsınlar ki, biz onlarla əlaqə saxlaya bilək.

Sifarişvermə qaydaları haqqında

Sifarişi iki formada verə bilərsiniz. Birinci forma ondan ibarətdir ki, siz sayta daxil olduqdan sonra sayta qeydiyyat olunursunuz. Qeydiyyat olunmaq üçün yuxarıda sağ tərəfdə GİRİŞ ET bölməsinə daxil olursunuz, sonra orada  lazım olan yerə E-poçt ünvanı yazıb HESAB YARAT düyməsini basın. Bundan sonra məlumat doldurmaq üçün qarşınıza pəncərə açılacaq. Bu bölmədə lazım olan məlumatları doldurursunu.

Burada qarşısında  ulduz işarəsi olan məlumatları doldurmaq vacibdir. Əks halda qeydiyyat ola bilməyəcəksiniz. Bu bölməni doldurduqdan sonra aşağıda qeydiyyat düyməsini basın. Qeydiyyat düyməsini basdıqdan sonra artıq qeydiyyat olacaqsınız və  oradan sifarişləriniz verə bilərsiniz. Qeydiyyat yalnız birinci dəfə sifariş verən istifadəçilər üçün lazımdır. Bir dəfə qeydiyyat olduqdan sonra ikinci dəfə sifariş verərkən qeydiyyata ehtiyac olmayacaq. Sadəcə yuxarıda giriş bölməsinə daxil olduqdan sonra E-poçt ünvanını və şifrənizi daxil etdikdən sonra hesabınıza daxil ola bilərsiniz.

İkinci forma isə dərhal sifariş etmək üçündür. Bunun üçün kitabın üstünə vurduqdan sonra kitabı səbətə atırsınız və yekunlaşdır vurduqdan sonra məlumat doldurmaq üçün pəncərə açılacaq  və o məlumatları doldurduqdan sonra müvafiq qaydada davam edin. Bu formada sayta qeydiyyat olmursunz, sadəcə kitabı dərhal sifariş etmək üçündür.

Sifariş verdikdən sonra 2-3 gün ərzində sizinlə əlaqə saxlanılacaq. Maksimum 1 həftə ərzində kitab sizə çatdırılacaq.Kitabı Facebook səhifəmizdən də sifariş vermək mümkündür.

Sifarişlə bağlı yaranan problemlərlə bağlı əlaqə bölməsində bizə yaza bilərsiniz. Biz sizə tez bir zamanda köməklik göstərəcəyik.


Səbət  

Məhsul yoxdur

Göndərilmə 0.00 man
Yekun 0.00 man

Səbət Yekunlaşdır