Bu gün Azərbaycanda kitab bazarı demək olar ki, aşağı səviyyədədi. Kifayət qədər kitab mağazaları yoxdur və fəaliyyət göstərən kitab mağazaları da professional şəkildə fəaliyyət göstərmirlər. Düzdü bir neçə kitab evi var ki, normal şəkildə fəaliyyət göstərir.
Biz də fikirləşdik ki, onlayn kitab satış mərkəzi yaradaq. Onlayn kitab satışının yaradılmasında məqsəd insanların internet məkanında daha çox cəmləşməsi və insanların rahatlığının təmin olunmasıdır. Bir çox insanlar uzaq yerdə yaşadıqlarından yaxın ətrafda kitab mağazası olmadığından istədiyi vaxt kitab əldə edə bilmir. Lakin bizim saytda istənilən şəxs istədiyi vaxt kitab sifariş verə bilər və biz kitabı lazım olan ünvana çatdıracayıq.
Bu həm oxucular üçün rahat olacaq, həm də kitaba həvəs artacaq. İnsanlar daha çox kitab oxumağa can atacaq. Biz bu işə başlayarkən elə də asan olmayacağını da bilirik. Lakin əlimizdən gələni edəcəyik ki, Azərbaycan kitab bazarında inqilab edək.
Mərkəzimiz yenicə fəaliyyətə başlayıb.Bu işdə irəli getmək üçün istifadəçilərimizin də köməyinə ehtiyacımız vardır.Sayta daxil olan istifadəçilər müəyyən ideyalar verə bilərlər və saytda olan problemlər haqqında bizə yaza bilərlər.Oxucuların fikirləri bizim üçün çox maraqlı və önəmlidir. Bundan başqa kimsə hər hansısa kitabı oxuyubsa həmin kitab haqqında öz fikirlərini yazıb bizə göndərə bilər və biz saytda dərc edə bilərik. Bu digər oxucular üçün kitab haqqında oxumaları üçün dəyərli məlumat olacaq.
Kitab sifariş etmək üçün həm facebook səhifəmizdən, həm də saytımızdan sifariş verə bilərsiniz. Saytda çatdırılma bölməsində çatdırılma ilə bağlı ətraflı məlumat yazılmışdır.
Bi ümid edirik ki, yaratdığımız mərkəz oxucuların ürəyincə olacaq və onlar bu saytdan yararlana biləcəklər. Saytda olan problemlərlə və digər sullarla bağı əlaqə bölməsində bizimlə əlaqə saxlaya bilərsiniz.