Müəllif “Boşanmadan əvvəl mövcud problemləri necə gözdən keçirmək lazımdır?”, “Ailə bir kağız parçasından ibarətdir?” , “Ailə qurularkən ana-atanın razılığı nə qədər önəmlidir?” kimi bir çox sualları yaşanmış hadisələr işığında cavablandırır, ailələrdə yol verilən yanlışlıqları nümunələrlə göstərir və oxucunu həyat tərzini gözdən geçirməyə, problemləri qarşı tərəfin üstünə yıxmaqla “həll etməməyə” çağırır. Həmçinin yeniyetmələrə xas problemlərə, onların səbəblərinə və həll yollarına da yer verir.
Kitabda ümumən ailədaxili münaqişələr, boşanma səbəbləri, qadının sosiallaşması, ailədə ortaq qərarlar, ailə qurmaq istəyənlərə tövsiyələr, ata-ana razılığı, qısqanclıq, ailədə ağıl və mühakimənin rolu, əşya və zamana hakim olmaq, məsuliyyət kimi mövzu və məsələlər real hadisələr və nümunələr əsasında işlənmişdir.
Mündəricat
1.İKİLİ STANDART VƏ SƏN-MƏN
2.DAVA-DALAŞ YAŞA BAXMIR
3.XOŞBƏXTLİK YOLUNDA HİCRƏT
4.QƏZƏBİN İSTİFADƏ DAİRƏSİ
5.QEYRİ-BƏRABƏR QÜVVƏLƏR VƏ YA QARŞIDURMA
6.İSLAM QADINININ SOSİALLAŞMASI
7.“HƏYAT EVƏ DOĞRU BİR SƏFƏRDİR”
8.ACIQ ELƏMƏK
9.EŞQİN GÖZÜ KOR OLMAMALIDIR
10.ORTAQ AĞIL
11.AİLƏ SİRRİ
12.TƏRK EDİLƏN QADIN VƏ QIRILAN QÜRUR
13.ATASIZLIQ
14.HƏYAT YOLDAŞI AXTARANLARA
15.SÜKANSIZ EVLİLİK
16.“PİECE OF PAPER – BİR KAĞIZ PARÇASI”
17.AZADLIQ, MÜSTƏQİLLİK VƏ YOXSULLUQ
18.MARAFON
19.VALİDEYNLƏRİN RAZILIĞI VƏ EVLİLİK
20.SƏHV DİAQNOZ
21.MƏSULİYYƏT DAŞIMAQ VƏ YA MƏSULİYYƏT DAŞIMAĞI DƏRK ETMƏK
22.YENİYETMƏLİK DÖVRÜ
23.SIFIR PROBLEM
24.ATA MƏSULİYYƏTİ
25.ƏŞYA VƏ ZAMANA HAKİMLİK
26.EVDAR QADININ YARDIMI
27.HƏYAT DƏRSLƏRİ
28.QISQANCLIQ
29.PUL TƏKCƏ PUL DEYİLDİR!
30MÜSAHİBƏ